- Baxış sayı: 31
- 22 İyun 2026 20:27
- Baxış sayı: 36
- İyun 22, 2026
- 0

“Neftçi” premyer liqanın 18-ci turunda evdə “Səbail”i 2:0 məyus edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Samir Abbasov qələbəyə belə şərh verib:
“Bu gün nələr çəkdik, bir Allah bilir. Oyunun sonu yaxınlaşdıqca, həm bizdə, həm də futbolçularda həyəcan hiss olunurdu. Sevindirici haldır ki, sonda qollar vurub qələbə qazandıq.
Oyun ərzində nəzarəti əldə saxlamaq o qədər də önəmli deyil. Vacib məqam təşvişə düşməmək, təmkinli olmaqdır. Bu gün də futbolçular bunu göstərdi”.