Peşəkar futbol liqası və “Səbail” klubunun rəhbər heyəti arasında görüş

Allsport.az saytı xəbər verir ki, “Səbail”in icraçı direktoru Fərəc Əliyev peşəkar futbol liqasının prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, texniki idman direktoru Elgiz Abbasov və media və marketinq direktoru Sənan Abdullayevdən ibarət heyətə görüşə görə təşəkkür edib.

Klubun baş meneceri Zamiq Hüseynov, müşahidə şurasının üzvü İxtiyar Asyabi və baş məşqçi Mahmud Qurbanovun da iştirakı ilə müzakirələr aparılıb, Azərbaycan futbolunun hazırkı durumu, planlar barədə danışılıb.

PFL prezidenti klubları narahat edən məqamlara mümkün qədər qısa zamanda son qoyulması üçün çalışdıqlarını, bütün iradlara, müzakirələrə açıq olduqlarını ifadə edib. “Səbail” klubunun rəhbərliyi anlayışa, səmimi münasibətə görə Elxan Səmədova təşəkkürünü bildirib.

Həmin kateqoriyadan