PFL-in nümayəndə heyəti “Qarabağ”ın qonağı olub

Peşəkar futbol liqasının prezidenti Elxan Səmədov “Qarabağ” klubunun qonağı olub. 

Allsport.az saytı xəbər verir ki, komandanın bazasında baş tutan görüşdə PFL rəhbəri ilə yanaşı, idman direktoru Elgiz Abbasov və media və marketinq direktoru Sənan Abdullayev də iştirak ediblər. Qarşı tərəfdə idarə heyətinin üzvü Fevzi Aras, direktor Əmrah Çəlikəl, baş menecer Asif Əsgərov yer alıblar. 

Toplantıda ölkə futbolu ilə bağlı planlar, hədəflər müzakirə edilib. Elxan Səmədov ənənə halını alacaq bu tip görüşləri keçirməkdə məqsədlərinin klublarımızı narahat edən məqamlara zamanında müdaxilə etmək olduğunu bildirib.

PFL prezidenti öz növbəsində rəsmilərin timsalında “Qarabağ” klubunun hər bir üzvünə ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil etdiklərinə görə minnətdarlıq ifadə edib.

Həmin kateqoriyadan