PFL rəhbərliyi “Sumqayıt”ın bazasında olub

“Sumqayıt” klubu və peşəkar futbol liqasının rəhbər heyəti arasında görüş keçirilib.

Allsport.az saytı xəbər verir ki, “Kapital bank arena”nın konfrans zalında baş tutan toplantıda komanda prezidenti Riad Rəfiyev, PFL prezidenti Elxan Səmədova təbriklərini çatdırdıqdan sonra, idman direktoru Faiq Hacı-Məhərrəmov, eləcə də media və marketinq departamentinin rəhbəri Rəşad Məmmədovun da iştirakı ilə klub rəsmilərini maraqlandıran məsələlər müzakirə edilib.

Ardından qonaqlar tikintisi yekunlaşmaq üzrə olan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna baş çəkiblər.

Həmin kateqoriyadan