- Baxış sayı: 32
- 10 Noyabr 2026 16:52
- Baxış sayı: 278
- Noyabr 09, 2026
- 0

UEFA və “Disney” şirkətinin birgə əməkdaşlığı ilə 5-8 yaşlı qızlar üçün keçirilən “Playmakers” layihəsi ilə bağlı seminara yekun vurulub.
Allsport.az saytı xəbər verir ki, 2 gün davam edən məşğələdə məşqçi Namiq Cəfərov və sabiq referi Gülyana Özcan tərəfindən iştirakçılara layihənin məqsədi, keçirilmə formatı, layihə çərçivəsində uşaqlarla davranış qaydaları haqqında geniş məlumatlar verilib.
Toplantı həm nəzəri, həm də praktiki hissədən ibarət olmaqla keçirilib.