“Polşa ekstraklasası Azərbaycan premyer liqasından daha yaxşıdır”

Polşanın “Legiya” klubu ilə müqavilə bağlayan Mahir Əmrəli transferi barədə fikirlərini bildirib. Allsport.az xəbər verir ki, 23 yaşlı hücuçu Varşava təmsilçisinin saytın açıqlamasında bunları deyib:

“Legiya”ya gəlməyimin əsas səbəbi klubun daim çempionluq uğrunda mübarizə aparması və Avropa kuboklarında oynamasıdır. Burda özümü inkişaf etdirmək istəyirəm. Polşa liqası Azərbaycan çempionatından daha yaxşıdır. Bilirəm ki, burda oynamaqla bacarıqlarımı daha da artıracağam. Komanda yoldaşlarımla məşqlərdə iştirak etməyi səbirsizliklə gözləyirəm”.

“Legiya” Mahirlə 3 illik müqavilə imzalayıb.

Həmin kateqoriyadan