- Baxış sayı: 20
- 22 Sentyabr 2026 20:42
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

10-cu turda “Kəpəz”lə oyun “Neftçi”nin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, 2:0 hesablı qələbə qazanan “ağ-qaralar”ın kapitanı səfər matçında hesabı açmaqla 2-qat yubileyi rəsmiləşdirib.
Yarımmüdafiəçi “Neftçi” ilə premyer liqada 25-ci qolunu vurub. O, 127-ci matçında buna nail olub. Bu top Eminin ümumilikdə 35-ci qolu olub. O, ölkə kubokunda 2, avrokuboklarda 8 dəfə fərqlənib. Mahmudov 160-cı görüşündə 35-ci dəfə rəqib qapısına yol tapıb.
Yarımmüdafiəçi ilk qolunu 2017-ci il noyabrın 19-da “Qəbələ” ilə ev oyununda (2:3) vurub.