Azərbaycan premyer liqasının baş himayədarı ilə müqavilə 

Bakı olimpiya stadionunda Azərbaycanın qanuni lotereya və idman mərc operatoru “Azərlotereya” ASC-nin “Misli” brendinin Azərbaycan premyer liqasının titul sponsorluğuna dair müqavilə imzalanıb. Allsport.az saytı xəbər verir ki, anlaşmanı “Azərlotereya” ASC-nin idarə heyətinin sədri Zəfər Rəisoğlu və peşəkar futbol liqasının prezidenti Elxan Səmədov imzalayıblar.

Mərasimdə çıxış edən “Dəmirörən Holding” şirkətinin idarə heyətinin sədri İldırım Dəmirörən “Misli”nin baş himayədar olması ilə Azərbaycan futbolunun inkişafına mühüm töhfə verəcəyini deyib. Bildirilib ki, “Misli” hər zaman idmanın tərəqqisinə diqqət və qayğı göstərərək bu yolda dövlətin prioritet siyasətinə dəstək olmağa davam edəcək.

Həmin kateqoriyadan