Prezident Fariz Nəcəfovu 3 medalla təltif etdi

Bu gün Prezident İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarlə təltif edilməsi haqqında sərəncamlar imzalayıb. Allsport.az xəbər verir ki, təltif olunanlar arasında “Qəbələ” İdman Klubunun prezidenti Fariz Nəcəfov da var.

O, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Fariz Nəcəfov 44 günlük ikinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib.

Həmin kateqoriyadan