- Baxış sayı: 80
- 13 Mart 2023 16:11
- Baxış sayı: 89
- Aprel 01, 2023
- 0
Azərbaycanda avarçəkmə idman növünü inkişaf etdirmək və beynəlxalq səviyyədə tanıtmaq üçün çalışan AKAF daha bir uğura nail olub. Allsport.az saytı xəbər verir ki, federasiyanın 4-7 mayda ümumilli lider Heydər Əliyevin anadan olmasının 100-illik yubileyinə Suqovuşan və Mingəçevirdə planlaşdırdığı “Prezident kuboku-2023” beynəlxalq reqatası ilk dəfə Avropa kanoe assosiasiyasının təqvim planına daxil edilib.
Assosiasiyanın rəsmi internet səhifəsinin xəbər bölməsində yarışla bağlı məlumat da dərc olunub.
Xatırladaq ki, AKAF-ın 2022-ci il, 21-23 oktyabr tarixlərində təşkil etdiyi Mingəçevir reqatasıda Azərbaycan avarçəkmə tarixində ilk dəfə Avropa kanoe assosiasiyasının təqvim planında yer almışdı.