“Qəbələ” MOİK-ə,”Səbail” “Zaqatala”ya rəqib oldu

Bu gün Azərbaycan kubokunda yeni mövsümün püşkü atılıb. Allsport.az xəbər verir ki, tədbir AFFA-nın inzibati binasında baş tutub.

Yarışda premyer liqanın 8 komandası ilə yanaşı, I diviziondan “Zaqatala”, “Kəpəz”, “Qaradağ Lökbatan” və MOİK mübarizə aparacaqlar. “Turan Tovuz” isə ölkə kubokuna qatılmaqdan imtina edib. Püşkün nəticəsinə görə, 1/8 final, 1/4 və 1/2 final aşağıdakı cütlüklər şəklində olacaq.

1/8 final
(10-11 dekabr 2021-ci il)


1. “Səbail” – “Zaqatala”
2. “Sabah” – “Kəpəz”
3. “Qəbələ” – MOİK
4. “Keşlə” – “Qaradağ-Lökbatan”

1/4 final
(1-2 və 12-13 fevral 2022-ci il)

5. “Zirə”  – 1-ci cütün qalibi
6. “Neftçi” – 2-ci cütün qalibi
7. “Sumqayıt” – 3-cü cütün qalibi
8. “Qarabağ” – 4-cü cütün qalibi

1/2 final
(20 və 29 aprel)

9. 5-ci cütün qalibi – 6-cı cütün qalibi
10. 7-ci cütün qalibi – 8-ci cütün qalibi

Final
(27 may)
11. 9-cu cütün qalibi – 10-cu cütün qalibi

Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları 10-11 dekabrda olacaq. Final isə 2022-ci il mayın 27-də gerçəkləşəcək.

Həmin kateqoriyadan