- Baxış sayı: 38
- 22 İyun 2026 20:27
- Baxış sayı: 39
- İyun 22, 2026
- 0

“Qəbələ” cari mövsümün 2-ci yarısının hazırlığına start verib. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” Bakıda bir araya gəlib.
Elmar Baxşıyevin komandası öncə Bakı olimpiya stadionunun fitnes zalında fiziki təmrinləri yerinə yetiriblər. Ardınca meydanda toplu və topsuz çalışmaları icra edib.
Yanvarın 15-dək Bakıda məşq edəcək “Qəbələ” ertəsi gün Antalyaya yollanacaq. Ayın 25-dək qardaş ölkədə 3 yoxlama oyununda qüvvəsini sınayacaq.