“Qəbələ” ilə oyuna ciddi itkilərlə çıxacaq

Premyer liqanın 14-cü turunda “Neftçi” klubu “Qəbələ”yə qarşı ciddi itkilərlə çıxacaq.

Allsport.az saytı xəbər verir ki, zədəli qapıçı Aqil Məmmədov, müdafiəçi Mamadu Mboc, yarımmüdafiəçilər Sezar Meza Kolli ilə Xorxe Korrea matçı buraxacaqlar.

“Ağ-qaralar”ın “Sumqayıt”la qolsuz heç-heçə etdiyi son görüşdən əvvəl əzələsini dartan Yusuf Lavalın və temperaturu yüksək olan Romen Baskın durumu da bəlli deyil.

“Qəbələ” – “Neftçi” matçı dekabrın 15-də keçiriləcək.

Həmin kateqoriyadan