“Qəbələ” – “Keşlə” görüşündə qonaqlar hansı göstəricidə üstündür?

Həftəsonu premyer liqada 18-ci turun oyunları keçiriləcək. Allsport.az saytı xəbər verir ki, fevralın 23-də “Qəbələ” öz meydanında “Keşlə” ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı matç paytaxt təmsilçisi ilə 48-ci oyunu olacaq.

Əvvəlki 47 görüşdən 15-də qələbə qazanan “Qəbələ” digər oyunlarda 16 heç-heçə və eyni sayda məğlubiyyətlə üzləşib. Bu duellərdə ümumilikdə 110 qol vurulub. 50 dəfə rəqib qapısına yol tapan “Qəbələ” futbolçuları 60 qol buraxıb. “Keşlə” ilə oyunlarda “Qəbələ”nin ən məhsuldar oyunçusu 5 qola sevinən Daniel Subotiçdir.

47 oyundan 42-si premyer liqa, 5-i kubok çərçivəsində keçirilib. Çempionat matçlarında 12 dəfə qalib gələn “Qəbələ” 16 heç-heçə edib və 14 dəfə uduzub. Komanda 43 qol vurduğu bu qarşılaşmalarda 53 top buraxıb.

“Qəbələ” 24-cü dəfə “Keşlə”ni öz meydanında qonaq edəcək. Evdə üstünlüyə malik olan “qırmızı-qaralar” 8 qələbə qazanıb, 10 heç-heçə edib və 5 dəfə uduzub. Rəqib qapısından 27 top keçirən futbolçular 22 qol buraxıb.

Həmin kateqoriyadan