- Baxış sayı: 11
- 22 Sentyabr 2026 21:24
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

“Qəbələ”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” mövsümün 2-ci yarısının hazırlığına yanvarın 6-da start verəcək.
Elmar Baxşıyevin komandası ilkin mərhəni paytaxtda keçirəcək. Bakı toplanışında yoxlama oyununun keçirilməsi nəzərdə tutulmayıb.
“Qəbələ” yanvarın 15-də Antalyaya yollanacaq. Ayın 25-dək davam edəcək hazırlıqda 3 yoxlama matçı var.
Bu qarşılaşmalar yanvarın 17-də, 20-də və 24-də keçiriləcək. Komandanın üz-üzə gələcəyi rəqiblər hələlik dəqiqləşməyib.