“Qəbələ” sabiq futbolçusunu kluba qaytardı

Azərbaycan premyer liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Allsport.az xəbər verir ki, Fernan Lopes yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək. 26 yaşlı ispaniyalı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Fernan 2019/20 mövsümündə də “Qəbələ”nin heyətində çıxış edib. O, Qəbələ təmsilçisində keçirdiyi 22 oyunda 3 qol vurub. 

“Selta” klubunun yetirməsi olan Lopes 2011-14-cü illərdə bu klubun B komandasında oynayıb. O, karyerası ərzində “Kompostela”, “Çoko”, “Ximnastika Seqoviana” və “Barakaldo” klublarının da formasını geyinib.

Fernan 2020/21 mövsümündə Polşa təmsilçisi “Yagelloniya”da çıxış edib. O, bu komandada 11 matçda şans qazanıb.

Həmin kateqoriyadan