“Qəbələ” Zaur Əzizovla yolunu ayırdı

“Qəbələ”, baş menecer Zaur Əzizovla yolunu ayırıb. Allsport.az saytı xəbər verir ki, 2008-ci ildən bu vəzifəni tutan futbol funksioneri 13 ildən artıq müddətdə komandanın uğurları üçün çalışıb.

O, premyer liqada 2 gümüş (2016/17, 2017/18), 3 bürünc (2013/14, 2014/15, 2015/16) medal qazanıb. Bu müddətdə 4 dəfə Azərbaycan kubokunun finalına yüksələn komanda 2018/19 mövsümündə ilk tituluna yiyələnib, üç dəfə (2013/14, 2016/17, 2017/18) həlledici matçda məğlub olub.

Avrokuboklardakı debütü onun baş menecerliyi dövrünə təsadüf edən “Qəbələ” iki dəfə (2015/16, 2016/17) ardıcıl 4 mərhələ adlamaqla Avropa liqasının qrupunadək irəliləyib.

Həmin kateqoriyadan