“Qəbələ”də 3 futbolçu məşqlərdə iştirak etmir

“Qəbələ” zədəlilərin durumu ilə bağlı açıqlama yayıb. Allsport.az saytı xəbər verir ki, hazırda 3 futbolçu komandanın məşqlərdə iştirak etmir.

Sağ ayağının çarpaz bağları qopan Rüfət Əhmədov həftəsonu əməliyyat olunacaq. Ürfan AbbasovYaovi Akakpo proqram üzrə bərpa prosesini davam etdirirlər.

Zədədən sonrakı bərpa dövrünü başa vuran Gülağa Əsədov isə “Qəbələ-2”nin məşqlərinə qoşulub.

Həmin kateqoriyadan