- Baxış sayı: 142
- 20 May 2026 15:50
- Baxış sayı: 49
- May 25, 2026
- 0
Azərbaycanın qadın taekvondoçuları Koreya Respublikasına yollanıblar. Allsport.az saytı xəbər verir ki, yığmanın baş məşqçisi Sun Mi Park 2 idmançımızın Asiyada hazırlıq keçməsini məqsədəuyğun hesab edib.
Rio-2016-ya lisenziyanı təmin edən Patimat Abakarova (49 kq), həmçinin Yarpaq Ərişin (62 kq) hazırlığı iyulun 8-dək davam edəcək.
Olimpiadaya vəsiqə qazanan digər taekvondoçumuz Fəridə Əzizova (67 kq) şəxsi məşqçisinin rəhbərliyi ilə hazırlaşır.