- Baxış sayı: 42
- 04 Fevral 2025 17:02
- Baxış sayı: 115
- Fevral 05, 2025
- 0
Millimizin həndbolçusu Valentina Salamahanın Bundesliqada şərəfini qoruduğu «Bayer-04» klubu 17-cı turda səfərdə «Koblens/Baybern»lə qarşılaşıb.
Allsport.az saytı xəbər verir ki, oyuna hücumlarla başlayan liverkuzenlilər nəzarəti sonadək əlində saxlayıb. Nəticədə, qonaqlar arenanı qələbə ilə tərk ediblər – 32:24 (16:10).
Bu görüşdə qapısımız ehtiyatda oturub. Bundesliqada 17 oyun keçirən «farmasevtlər» yarış cədvəlində 23 xalla 5-ci sıraya yüksəlib. «Bayer-04» matçını martın 24-də «Turinger»ə qarşı keçirəcək. Rəqib hazırda 29 xalla 2-ci yerdədir.