Qara Qarayev: “Sabahkı oyunda məğlub komanda olmayacaq”

Azərbaycan millisinin futbolçusu Qara Qarayev Türkiyə ilə sabah keçiriləcək yoldaşlıq oyunu öncəsi təşkil edilən mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, yarımmüdafiəçi bunu söyləyib:

“Burada olmaq bizi sevindirir. Türkiyə ilə görüş bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Nəticədən asılı olmayaraq, sabahkı oyunda məğlub komanda olmayacaq. Arzu edirəm ki, ən yaxşı hazırlıq matçlarından biri olsun.

Nəticəsi necə olursa-olsun, itirəcək bir şeyimiz yoxdur. Heyətdə zədəli futbolçumuzun olmaması müsbət haldır. Hər oyunda məqsədimiz qələbədir. Bizi maraqlı oyun gözləyir. Yoldaşlıq görüşləri seçmə mərhələ oyunlarına hazırlıq baxımından önəmlidir”.

Həmin kateqoriyadan