“Qarabağ” 10 nəfərlə məşq edəcək

Premyer liqanın 7-ci turunda “Zirə” ilə oyundan sonra 3-günlük istirahətə buraxılmış “Qarabağ” sentyabrın 22-də məşqləri bərpa edəcək. 

Allsport.az saytı xəbər verir ki, hazırlığa milli komandalara dəvət almış futbolçular qatılmayacaq.

Toplanışda Luka Quqeşaşvili, Amin Ramazanov, İsmayıl İbrahimli, Qara Qarayev, Kevin Medina, Julio Romao, Leandro Andrade, Kadi Borges, Abdullah Zubir və Kvabena Ovusu iştirak edəcəklər.

Həmin kateqoriyadan