- Baxış sayı: 25
- 06 Dekabr 2024 11:10
- Baxış sayı: 94
- Dekabr 05, 2024
- 0
“Köhlən atlar” AFFA apellyasiya arbitraj tribunalına müraciət ünvanlayıb. Allsport.az xəbər verir ki, AFFA intizam komitəsinin 23 fevral 2021-ci il tarixli qərarına əsasən, “Sumqayıt” – “Qarabağ” oyununda (0:0) 8 nömrəli futbolçu Uroş Matiçin köynəyində adının yanlış qeyd olunduğu əsas gətirilərək, futbol geyimi standartları pozulduğu üçün, qonaqlar 3000 AZN cərimələniblər.
“Qarabağ” həmin oyunda forma geyinməyən, 1 dəqiqə belə meydanda olmayan yarımmüdafiəçinin forma standartlarının pozulması qərarı və cərimə ilə razılaşmır. “Qarabağ” klubu qərarın ləğvi üçün AFFA apellyasiya arbitraj tribunalına intizam məcəlləsinin uyğun bəndlərinə əsasən hazırlanmış müraciət ünvanlayıb.