“Qarabağ” 3 pillə irəlilədi

Klubların dünya reytinqi açıqlanıb.

Allsport.az xəbər verir ki, İFFHS-in 2024-cü ilin fevral reytinqində planetin 403 ən güclü klubu yer alıb.

Azərbaycan siyahıda iki komanda ilə təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ”dır

146,5 xala malik Qurban Qurbanovun yetirmələri dünyada 70-cidir. Ağdam klubu ötən siyahı ilə müqayisədə 3 pillə irəliləyib.

“Neftçi”nin aktivində 57,5 xal var. Miodraq Bojoviçin yetirmələri 398-ci pillədə yer alıblar. Bakı klubu 71 pillə irəliləyib.

Qeyd edək ki, cədvələ “Mançester Siti” başçılıq edir. İngiltərə klubunun 359 xalı var.

Həmin kateqoriyadan