“Qarabağ” bu göstəricidə dünya 1-cisidir

Hazırda davam edən çempionatlardakı ən uzun seriyalar açıqlanıb.

Allsport.az xəbər verir ki, evdəki quru oyunların sayında dünyanın 1-ci komandası “Qarabağ”dır.

Ağdam təmsilçisi ardıcıl 6 matçdır öz meydanında qol buraxmır. Qurban Qurbanovun yetirmələri sonuncu dəfə mayın 4-də “Zirə” ilə qarşılaşmada (1:1) qol buraxıb.

Ötən mövsümün “Keşlə” (2:0) ilə matçında başlayan quru hesablı qələbələr cari çempionatın startında da davam edir. “Səbail”i 3, “Sumqayıt”la “Qəbələ”ni 2, “Neftçi”ni 4 cavabsız qolla yenən ağdamlılar “Keşlə”ni minimal hesabla üstələyib.

Hazırda dünyanın yalnız 3 klubu yüksək dəstədəki son 6 ev matçında qol buraxmayıb. “Qarabağ”ın rekord göstəricisinə Çinin “Şanxay” və CAR-ın “Mamelodi Sandauns” klubları şərikdir.

Düzdür, evdə daha çox oyunda qol buraxmayan komanda da var. Lakin 7 matçlıq seriyaya malik “Paneqialios” Yunanıstanın yüksək deyil, aşağı dəstəsində çıxış edir.

“Qarabağ” bu ilin sonunadək daha 2 ev matçı keçirəcək. Qurbanovun komandası “Sabah” və “Zirə”ni qonaq edəcək.

Həmin kateqoriyadan