- Baxış sayı: 38
- 22 İyun 2026 23:07
- Baxış sayı: 41
- İyun 22, 2026
- 0

“Qarabağ” keçmiş futbolçusu Dino Ndlovunu heyətinə qatmaq istəyir. Allsport.az xəbər verir ki, Ağdam təmsilçisi hazırda azad agent statusu daşıyan 31 yaşlı hücumçu ilə yaxından maraqlanır.
Cənubi afrikalı hücumçunun adı Türkiyə 1-ci liqa təmsilçisi “Kocaelispor” ilə də hallanır.
Ndlovu 2016-2018-ci illərdə “Qarabağ”da çıxış edib. O, 2018-ci ilin yanvarında Ağdam təmsilçisindən “Çjetszyan Qrintaun”a transfer olunub. Dino bir müddət əvvəl Çin klubu ilə yollarını ayırıb və hazırda azad agentdir.