“Qarabağ futbolçularına dəyər verməsə, “Neftçi” həmişə çempion olacaq”

Kiprin “Apollon” klubunda çıxış edən Donald Gerye “Neftçi”ni Azərbaycan premyer liqasının qalibi olması münasibəti ilə təbrik edib. Allsport.az xəbər verir ki, haitili cinah futbolçusu instaqram hesabında komandanın çempionluğa layiq olduğunu bildirib.

Gerye “Qarabağ”ın oyun sonu paylaşımında isə narazılığını dilə gətirib. O, Ağdam klubunun futbolçularına kifayət qədər dəyər vermədiyini yazıb:

“Mən getdim, çünki daha yaxşı şərtləri haqq edirdim. “Qarabağ” yaxşı klubdur və karyeramda böyük anlamı var. Fəxr edirəm ki, bu klubun bir parçası olmuşam. İndi isə idarəçilərin klub barədə düşünmək, futbolçlara haqq etdikləri dəyəri vermək zamanıdır. Əgər bunu etməsələr, “Neftçi” həmişə çempion olacaq”.
 
Gerye Azərbaycanda “Qarabağ” və “Neftçi”də çıxış edib.

Həmin kateqoriyadan