“Qarabağ” mövsümün 2-ci yarısının hazırlığına başlayıb

“Qarabağ” mövsümün 2-ci yarısının hazırlığına başlayıb. Allsport.az saytı xəbər verir ki, ilin ilk məşqində komandanın bir neçə aparıcı futbolçusu iştirak etməyib.

Qapıçılar Şahruddin Məhəmmədəliyev, Emil Balayev zədəli, legionçularər Kadi Borges, Abdullah Zubir və Filip Ozobiç icazəli olduqları üçün, prosesə qatılmayıblar.

Afrika millətlər kubokunun qrup oyunlarında Kabo-Verde yığmasının düşərgəsində olan Patrik Andradenin toplanışa qoşulması millinin nəticələrindən asılı olacaq.

“Qarabağ”ın yeni transferi Rüstəm Əhmədzadə isə Bakıya bu gün yetişəcək. Ağdam klubu təlim-məşqin 2-ci mərhələsini Antalyada keçirəcək. 2-həftəlik hazırlıqda 5 yoxlama matçı var.

Həmin kateqoriyadan