“Qarabağ” səfərdə “Marsel”ə yenildi

Bu gün “Qarabağ” konfrans liqasının 1/16 finalının ilk oyununda Fransada “Marsel” klubunun qonağı olub. Allsport.az saytı xəbər verir ki, ilk hissəyə komandamız yaxşı başlasa da, tədricən təşəbbüsü rəqibə verib. Bunun nəticəsində meydan sahibləri ilk hissənin sonlarında 2 qol vurub.

2-ci yarının əvvəllərində “köhlən atlar”ın bir neçə cəhdi boşa çıxıb. Görüşün sonuna yaxın təzyiqi bir qədər artıran Ağdam klubu istətinə nail olub. Son zamanlar yüksək faydalı iş əmsalı nümayiş etdirən Kadi Borqes fərqi azaldıb. Amma “Marsel” toparlanaraq hakimin əsas vaxta artırdığı əlavə dəqiqələrdə yenə fərqlənib.

00:00. “Marsel” (Fransa) – “Qarabağ” (Azərbaycan) – 3:1
Qol: Milik, 41,(1:0) 44 (2:0), Kadi Borges, 85 (2:1), Dmitri Payet, 90+2 (3:1)
Baş hakim: Nikola Dabanoviç (Monteneqro)
Marsel. “Velodrom” stadionu

Həmin kateqoriyadan