“Qarabağ”da ikitərəfli oyun

“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, 9-cu gündə 2 məşq olub. Günün ilk çalıışması yerli vaxtla 11:00-da start götürüb və 90 dəqiqə davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib. Hazırlıq taktiki çalışmalarla başa çatıb.

Günün ikinci məşqi isə yerli vaxtla 18:00-da start götürüb. Bu məşqdə isə futbolçular ikitərəfli oyun keçirib.

“Qarabağ” bu gün Avstriyada üçüncü yoxlama oyununu keçirəcək və Rusiyanın “Ufa” klubuyla qarşılaşacaq.

Həmin kateqoriyadan