“Köhlən atlar”dan darmadağın rekordu

Azərbaycan premyer liqasında XXI əsrdə ən çox böyük hesablı qələbə qazananlar müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, 2001-ci il yanvarın 1-dən indiyədək ən çox oyunda 3 və ya daha çox top fərqilə qalib gələn komandaları müəyyənləşdirib.

Siyahıda 11 klub daxil edilib. Darmadağınlar üzrə əsrin rekordçusu “Qarabağ”dır. Ağdamlılar bu müddətdə 77 belə qələbə qazanıb. “Neftçi”nin hesabında 64 böyük hesablı qələbə var. İlk “üçlüy”ü qapayan “Keşlə”də “50”ni keçib.

“Top-5”də tarixin yaddaşına köçən “Bakı” və “Xəzər Lənkəran”ın da olması futbolumuzun nə qədər güclü komandaları itirməsi anlamına gəlir. Ümumiyyətlə, “11-lıik”də 6 belə komanda var. “Turan və AzAL-ın yer aldığı cədvələ əsrin qısa bir hissəsini yaşayan “Karvan”la “Şəmkir” də düşüb.

Premyer liqa təmsilçilərindən “Qəbələ”, I divizion klublarından “Kəpəz” də darmadağın sayı ilə öyünə bilər. “Sumqayıt”, “Zirə”, “Səbail” və “Sabah” isə bu komandalar arasına düşə bilməyib.

1. “Qarabağ” – 77
2. “Neftçi” – 64
3. “Keşlə” – 54
4. “Xəzər Lənkəran” – 42
5. “Bakı” – 37
6. “Qəbələ” – 32
7. AzAL – 21
8-9. “Karvan” –    21
8-9. “Turan” –    21
10-11. “Kəpəz” – 19
10-11. “Şəmkir” – 19

Həmin kateqoriyadan