- Baxış sayı: 3
- 10 Avqust 2026 22:46
- Baxış sayı: 79
- Avqust 10, 2026
- 0

“Qarabağ” ölkə kubokunda 150-ci oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu yubiley matçına 1/4 finalın cavab mərhələsində çıxıb. “Keşlə”nin qonağı olan yubilyar 6:0 hesablı qələbə qazanıb.
1993-cü ildən kubokda çıxış edən “Qarabağ” kubokda 150 və ya daha çox oyun keçirən 2-ci komanda olub. “Köhlən atlar” bu görüşlərdə 95 qələbə qazanıb, 29 heç-heçə edib və 26 dəfə uduzub.
Evdə 73, səfərdə 68 matça çıxan komanda 9 dəfə neytral meydanda oynayıb.