- Baxış sayı: 24
- 05 Avqust 2026 18:33
- Baxış sayı: 123
- Avqust 05, 2026
- 0

“Qarabağ”ın keçmiş futbolçusu Dino Ndlovu karyerasını Türkiyədə davam etdirəcək. Allsport.az xəbər verir ki, 31 yaşlı hücumçu ilə “Kocaelispor” klubuna keçib.
Bu barədə 1-ci liqa təmsilçisinin saytı məlumat yayıb. Cənubi afrikalı futbolçu ilə imzalanan müqavilənin detalları hələ ki açıqlanmayıb.
Ndlovu 2016-2018-ci illərdə “Qarabağ”da çıxış edib. O, 2018-ci ilin yanvarında Ağdam təmsilçisindən “Çjetszyan Qrintaun”a transfer olunub. Dino bir müddət əvvəl Çin klubu ilə yollarını ayırıb və hazırda azad agentdir.