- Baxış sayı: 32
- 10 Noyabr 2026 13:19
- Baxış sayı: 259
- Noyabr 09, 2026
- 0

“Olimpiakos” növbəti keçidi açıqlayıb. Allsport.az saytı xəbər verir ki, “Qarabağ”ın Avropa liqasının “G” qrupunda rəqibi “Kopenhagen”dən Pep Bieli transfer edib.
Hücumameyilli yarımmüdafiəçi ilə 5-illik müqavilə imzalanıb. Yunanlar onun üçün qarşı tərəfə 6 milyon avro ödəyib.
2019-cu ildən Danimarka klubunda çıxış edən ispaniyalı futbolçu, 128 oyuna 32 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb.
“Köhlən atlar” ilk matçını oktyabrın 6-da səfərdə, cavab görüşünü oktyabrın 13-də Bakıda keçirəcək.