“Qazanılan 1 xal bizim üçün qızıla bərabərdir“

Premyer liqanın 28-ci turunda “Səbail” evdə “Turan Tovuz”la 1:1 hesablı heç-heçə edib. Allsport.az xəbər verir ki, “dənizçilər”in baş məşqçisi Şahin Diniyev oyun haqda danışıb:

“Maraqlı oyun izlədik. Nəticəni ədalətli hesab edirəm. Hər iki komanda məğlub ola da bilərdi, qələbə qazana da bilərdi. “Turan Tovuz” inkişaf edən komandadır. Rəqibin yaxşı hücum xətti var. Daha sürətli oynamağa çalışırlar. Bizim üçün çətin idi, müdafiədə səhvlərimiz oldu.

Oyun dinamik keçdi. Heç bir komanda kompromisə getmək istəmirdi. 6 xallıq oyun idi. Qazanılan 1 xal bizim üçün qızıla bərabərdir, çempionatımın sonunda bizə kömək edəcək”.

Həmin kateqoriyadan