“Futbolçuların motivasiyası məni həddən artıq razı saldı”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Keşlə”yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Allsport.az xəbər verir ki, o, 7:0 hesabı ilə qalib gəldikləri matçdan sonra bunu söyləyib:

“Hesabdan daha çox, ümumi oyun məni daha artıq maraqlandırırdı. Komandanı düşündüyümüzdən daha yaxşı gördüm. Çünki 10 gün idi ki, fiziki məşqlər həddən artıq çox idi.

Bu gün meydanda daha sərbəst, daha rahat oynayan komanda gördüm. Futbolçuların oyundakı motivasiyası məni həddən artıq razı saldı.

Həddən artıq diqqətli idilər. Bəzi kiçik problemlərimiz var, onu da tez bir zamanda aradan qaldıracağıq. Amma birinci mikrotsikldən razı qaldım”.

Həmin kateqoriyadan