- Baxış sayı: 38
- 22 İyun 2026 20:27
- Baxış sayı: 39
- İyun 22, 2026
- 0

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan premyer liqasının 13-cü turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Allsport.az xəbər verir ki, o, 5:1 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçuları qələbə münasibətilə təbrik edirəm. Hesab bizi aldatmasın. Həqiqətən də ciddi qəqibə qarşı oynayırdıq. Matça düzgün hazırlaşmışdıq. Fiziki baxımdan futbolçularda yorğunluq var idi. Çox layiqli qələbə qazandıq”.