Qurban Qurbanov: Oyundan-oyuna daha yaxşı ustalıq göstərəcəyik

“Növbəti yoxlama oyunumuuz keçirdik. Bu gün yaxşı mübarizə apardıq və bir neçə qol epizodu yaratdıq”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avstriya toplanışında Rumıniyanın “Krayova” klubu ilə 0:0 bitən yoxlama oyunu haqda deyib.

Mütəxəssis komandasının getdikcə daha yaxşı oynayacağını bildirib:  “Üç gündən bir oynayırıq. Futbolçular bu gün daha yüklənmiş vəziyyətdə meydana çıxmışdı. Oyundan–oyuna daha yaxşı ustalıq göstərəcəyik. Rəqibimiz də olduqca intizamlı və mübarizə aparan komanda idi”. 

Həmin kateqoriyadan