“Rəqib meydandan qələbə ilə ayrıla bilərdi”

24 fevralda “Neftçi” premyer liqanın 24-cü turunda səfərdə “Turan Tovuz” ilə 1:1 etdi.

Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Miodraq Bojoviç bunu dedi:

“Düşünürəm ki, yaxşı futbol oldu. Hər 2 tərəfin xeyli qol məqamları oldu. İlk hissədə daha inamlı təsir bağışladıq.

2-ci yarıda hesabı açdıq. Bundan sonra “Turan Tovuz” təzyiqi artırdı və fərqləndi.

Hətta matçın sonunda daha bir neçə qol vura bilərdilər. Fikrimcə, rəqib meydandan qələbə ilə ayrıla bilərdi”.

Həmin kateqoriyadan