“Rəqibin fərdi keyfiyyətləri yaxşı olan futbolçuları var“

“Sabah” premyer liqanın 24-cü turunda səfərdə “Səbail”ə 0:2 uduzdu.

Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların məşqçisi Ruslan Qafitullinin bunu dedi:

“İlk hissədə hər iki komanda ehtiyatlı oyuna üstünlük verirdi. İkinci hissədə daha dinamik oyun izlədik. İlk qolu müdafiədəki səhvdən buraxdıq. Bundan sonra daha açıq oyun sərgiləməyə başladıq. Rəqibin fərdi keyfiyyətləri yaxşı olan futbolçuları var.

İlk qoldan sonra əks-hücumlardan istifadə etməyə çalışırdılar. Təəssüf ki, son dəqiqələrdə rəqibin əks hücumu nəticəsində qol buraxaraq oyunu məğlub başa vurduq”.

Həmin kateqoriyadan