Rahid Əmirquliyev: “Sabah”la oyuna ciddi şəkildə hazırlaşırıq

Sabah “Səbail” premyer liqanın 5-ci turunda səfərdə yarış cədvəlinin öncülü “Sabah”la qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, komandanın kapitanı Rahid Əmirquliyev matç öncəsi açıqlama verib:

““Kəpəz”lə oyunda qazandığımız qələbə bizim üçün yaxşı motivasiya oldu. Buna ehtiyacımız var idi. Komandada ab-hava daha yaxşıdır. İrəlidə bizi “Sabah”a qarşı vacib oyun gözləyir. Masazır təmsilçisi hazırda yaxşı formadadır.

Premyer liqada çıxdığı 4 görüşün 4-nü də qazanmağı bacarıb. Çempionluğa iddialı komandalardan biridir. Səfərdə oynayacağıq. Buna görə də düşünürəm ki, bizi çətin və maraqlı qarşılaşma gözləyir. Amma bizim də çox yaxşı komandamız var.

“Sabah”la oyuna ciddi şəkildə hazırlaşırıq. Səfərdən layiqli nəticə ilə qayıdacağımıza inanıram”.

Həmin kateqoriyadan