Rail Məlikov Türkiyə klubuna lazım olmadı

Türkiyə PTT 1-ci liqasında 17-ci turun oyunları keçirilir. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Rail Məlikovun heyətində yer aldığı “Dənizlispor” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Samsunspor”la qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Ehtiyat oyunçular sırasında yer alan Railə şans verilməyib.

Qeyd edək ki, “Dənizlispor” hazırda 17 xalla 14-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan