Rail Məlikov yenə 90 dəqiqə oynadı, məğlubiyyətlə üzləşdi

Türkiyə PTT 1-ci liqasında 28-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, hesabat turu azərbaycanlı futbolçuların komandalarını üz-üzə gətirib.

Belə ki, Cavid İmamverdiyevin klubu “Elazığspor” doğma meydanda Rail Məlikovlu “Dənizlispor”u qəbul edib. Matç Elazığ təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Cavidin adı matçın iştirak ərizəsinə daxil edilməyib. Start heyətdə meydana çıxan Rail Məlikov isə sonadək mübarizə aparıb.

Qeyd edək ki, “Elazığspor” hazırda 34 xalla 12-ci, “Dənizlispor” isə 21 xalla 17-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan