Ramil Şeydayev üçün 2-qat

Premyer liqanın 11-ci turu “Qarabağ”ın futbolçusu Ramil Şeydayev üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, “Turan Tovuz”la ev matçı hücumçunun bu klubunda 50-ci çempionat oyunu kimi yadda qalıb.

O, 2017/18 mövsümündə debüt edib. “Qarabağ”a qayıtdıqdan sonra, ötən çempionat daha 25 dəfə meydana çıxan forvard, cari mövsüm 10 görüşdə forma geyinib. Ramil premyer liqada keçirdiyi 50 matçda 18 qol vurub.

“Turan Tovuz” üzərindəki böyük hesablı qələbədə 1 topla pay sahibi olan hücumçu “köhlən atlar”da ümumilikdə 25-ci dəfə fərqlənib. Ölkə kubokunda 4, avrokuboklarda 3 dəfə qol sevinci yaşayan Ramil çempionatda 18-ci dəfə rəqib qapısına yol taparaq “Qarabağ”dakı ümumi qol sayını 25-ə yüksəldib.

Həmin kateqoriyadan