- Baxış sayı: 46
- 24 Aprel 2025 10:00
- Baxış sayı: 37
- Aprel 27, 2025
- 0
Türk dövlətləri təşkilatı idman könüllülərinin I forumunun ikinci günündə iştirakçılar üçün təlim təşkil olunub.
Allsport.az xəbər verir ki, Şəki olimpiya idman kompleksində baş tutan təlimdə iştirakçılar “Könüllülüyün idmanın dayanıqlı inkişafında rolu”, “İdmanda könüllülük: Gələcəyin formalaşdırılması” mövzularında müzakirələr aparıb, könüllülüklə bağlı intellektual oyunlarda iştirak ediblər.
Tədbirin sonunda qonaqlar Şəki Xan sarayını, Karvansaray və Kiş Alban məbədi kimi dünya əhəmiyyətli tarixi və memarlıq abidələrini ziyarət edib, həmin yerlərin zəngin tarixi və mədəniyyəti haqqında dəyərli məlumatlar əldə ediblər.
Forumun sonunda iştirakçılara sertifikatlar təqdim olunub.