8 mövsümdən sonra ilk poker

Allsport.az saytı xəbər verir ki, bu, premyer liqanın 7-ci turuna təsadüf edib. “Qarabağ”ın futbolçusu Musa Qurbanlı  “Zirə” ilə səfər qarşılaşmasında (1:7) meydan sahiblərinin qapısına 4 qol vurub.

Bu təkcə 2022/23 mövsümünün deyil, son 8 mövsümün ilk pokeridir. Bir oyunda 4 qol vuran sonuncu futbolçu Freddi Mombonqo olub.

AzAL-ın futbolçusu 2014/15 mövsümündə fərqlənib. O, 2676 gün öncə – 2015-ci il mayın 22-də “Simurq”la qarşılaşmada (5:0) 4 qol vurub.

Həmin kateqoriyadan