Sənan Abdullayev PFL-in yeni media və marketinq direktoru təyin olunub

Peşəkar futbol liqasında struktur və kadr dəyişikliyi davam edir. Allsport.az saytı xəbər verir ki, qərara əsasən marketinq qrupu mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin tərkibinə verilib.  Tanınmış jurnalist Sənan Abdullayev yeni media və marketinq direktoru təyin olunub.

2005-ci ildə “Futbol+” qəzetində jurnalist kimi fəaliyyətə başlayan S. Abdullayev 2007-ci ildən “Xəzər TV”-də müxbir, aparıcı, idman redaktoru vəzifələrində çalışıb. 2015-ci ilin “Ən yaxşı idman jurnalisti” adına layiq görülən həmkarımız, 2020-ci il iyulun 22-də prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 145-illiyi münasibətilə KİV nümayəndələrinin mükafatlandırılması barədə sərəncamları çərçivəsində “Tərəqqi” medalı ilə təltif olunub.

Həmin kateqoriyadan