“Sabah” – “Neftçi” oyunu ilə bağlı cəzalar

AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, ölkə kubokunun 1/4 finalında “Sabah” – “Neftçi” cavab oyunu (1:3) ilə bağlı aşağıdakı qərarlar verilib:

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Sabah”  – “Neftçi” oyununda meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 75-ci dəqiqəsində “Sabah”ın futbolçusu Aleksey İsayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.

Görüşün 75-ci dəqiqəsində “Sabah”ın qapıçısı Səlahət Ağayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşarkən azarkeşlərə qarşı təhqiredici hərəkət etdiyi üçün 3 oyun şərti olmaqla 6 oyun cəzalanıb, klub 4800 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.

“Sabah”ın futbolçusu Zurab Oçiqava həm Eddi İsrafilova qarşı təcavüzkar davranışa, həm də hakimə qarşı təhqiredici hərəkət etməsinə görə 3 oyun şərti olmaqla 6 oyun cəzalanıb, klub 6400 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.

“Sabah”ın futbolçusu Amin Seydiyev Eddi İsrafilova qarşı təcavüzkar davranışa görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.

“Sabah”ın baş məşqçisi Murad Musayev texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

“Sabah”ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub.

“Neftçi”nin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunub.

“Neftçi” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

Həmin kateqoriyadan