“Sabah” növbəti qələbəsini qazandı

“Sabah” növbəti qələbəsini qazandı

Azərbaycan premyer liqasında XII tura start verilib.

Allsport.az xəbər verir ki, günün ilk oyununda “Sabah” “Keşlə”ni qəbul edib.

“Bank respublika arena”da keçirilmiş qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Sabah”ın qollarını 4-cü dəqiqədə Amin Seydiyev, 12-ci dəqiqədə isə Aleksey İsayev vurub. 47-ci dəqiqədə Sadio Tounkara fərqi azaltmağa müvəffəq olub.

Bununla da ardıcıl 2-ci, son 5 turda isə 4-cü qələbəsini qazanan “Sabah” xallarının sayını 14-ə çatdırıb və 5-ci pillədə qərarlaşıb. “Keşlə” isə 10 xalla 7-ci sıradadır.

Günün digər matçında “Neftçi” “Səbail”i qəbul edəcək. Turun digər 2 görüşü noyabrın 28-i və 29-da oynanılacaq. Müvafiq olaraq, “Sumqayıt” “Zirə”ni, “Qəbələ” isə “Qarabağ”ı qəbul edəcək.

Həmin kateqoriyadan