“Sabah” və “Keşlə” də 1/4 finala adladı

Azərbaycan kubokunda 1/8 finala yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 2-ci oyun günündə də 2 matç keçirilib.

“Keşlə” evdə “Qaradağ Lökbatan”a 2:1 qalib gəlib. Komanda 1/4 finalda “Qarabağ”la qarşılaşacaq.

Digər görüşdə “Kəpəz” paytaxtda “Sabah”ın qonağı olub və 0:3 uduzub. Bakı təmsilçisi növbəti mərhələdə “Neftçi” ilə üz-üzə gələcək.

Əlavə edək ki, ötən gün “Qəbələ” və “Səbail” 1/4 finala adlayıb. 

Həmin kateqoriyadan